18.01.2025, 02:12
AZ EN
17.01.2025, 21:55 122

Azərbaycan səfiri Pakistanda Qara Yanvar qurbanlarının xatirəsini yad edib

XƏBƏRLƏR
  • İslamabadın Milli Müasir Dillər Universitetində 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə Pakistanın “The Spokesman” qəzeti məlumat yayıb.

Bildirilib ki, yanvarın 17-də Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov fəxri qonaq qismində İslamabadda yerləşən Milli Müasir Dillər Universitetində (MMDU) olub. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən təşkil edilmiş tədbir Azərbaycanın müstəqillik mübarizəsinin simvoluna çevrilmiş Qara Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunub.

Səfir ziyarət çərçivəsində universitetin rektoru, istefada olan general-mayor Şahid Mahmud Kayani və təhsil müəssisəsinin digər yüksəkvəzifəli nümayəndələri ilə görüşüb. Görüş zamanı Pakistan və Azərbaycan arasında tarixi əlaqələr vurğulanıb, həmçinin iki ölkənin universitetləri arasında mübadilə də daxil olmaqla təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Tədbir şeir oxunuşları, nitqlər, tələbə və müəllimlərin çıxışları ilə başa çatıb. Səfir öz çıxışında Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və Qara Yanvar qurbanlarının xatirəsinin ölkənin müstəqilliyi və suverenliyinin qorunmasına ilham verdiyini qeyd edib.(Report)

 

Oxşar xəbərlər