17.01.2025, 22:51
AZ EN
17.01.2025, 15:07 221

Ermənilər qorxu içində: Qazaxın digər 4 kəndi də geri alınacaq

XƏBƏRLƏR
  • Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşündə qəbul edilən qərar tamamilə Bakının maraqlarına uyğundur. Hətta sərhədlərin delimitasiyasının növbəti mərhələsinin başlanması və bunun hansı istiqamətdən davam etdirilməsi Azərbaycanın diktəsi ilə reallaşır. 

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyanın bildirib. O, erməni mətbuatına açıqlamasında bildirib ki, delimitasiyanın Tavuş bölgəsindən, yəni Ermənistan-Gürcüstan-Azərbaycan sərhədindən başlanması rəsmi Bakının diktə altında razılaşdırılıb: "Bu, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi. Bakı bir müddət əvvəl Qazaxın geri qaytarılan və anklav olmayan 4 kəndlə bağlı başlayan prosesi bundan sonra istədiyi kimi davam etdirəcək. Hazırda qəbul olunan prinsiplə Azərbaycanın anklavlarının - Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinin qaytarılması gündəmə gələcək".

Abramyan qeyd edib ki, bu kəndlər geri qaytarılacağı halda Tavuşun təkcə daxili kommunikasiyanı məhv etməyəcək, həm də Ermənistan-Gürcüstan sərhədinə gedən Tavuş-Baqrataşen yolu Azərbaycan Ordusunun müşahidəsi altına düşəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər