"Vətən səsi" xəbər verir ki, nazirliyə çağırılan səfirə Ermənistan dövləti adından etiraz notası təqdim edilib. Bu isə Ermənistan və Rusiya arasında qarşılıqlı ittihamlara səbəb olub. News.ru saytında yayımlanan məqalədən aydın olur ki, Rusiyalı jurnalistin Zəngəzur dəhlizi ilə bağlı açılmasından sonra rəsmi irəvanın addımları Moskvanı qıcıqlandırıb. Rusiya Dövlət Dumasının deputatı Mariya Butina bildirib ki, səfirin televiziya verilişlərində İrəvanla bağlı səsləndirilən fikirlərə görə Ermənistan Xarici İşlər Nazirliyinə çağırılması ilk dəfə deyil. Ermənistanla Rusiya arasında analoji hadisə 2023-cü ilin oktyabrında da yaşanıb.
Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Leonid Slutski isə hadisələrin bu cür inkişafını hakimiyyətdən gedən Baydenin Rusiyaya "hədiyyəsi" adlandırıb: "ABŞ-la strateji tərəfdaşlığın inkişafı Ermənistanın suveren hüququdur. Biz başa düşürük ki, İrəvan yalnız "junior" prefiksi ilə və sırf ABŞ-nin qaydalarına uyğun olaraq Vaşinqtonun tərəfdaşı ola bilər".
Deputat Aleksey Juravlyov ermənilərə xəbərdarlıq edib: "Ukrayna layihəsi başa çatmaq üzrədir və ABŞ təcili olaraq sürətlə azalan ukraynalıları əvəz edəcək canlı qüvvə axtarır. Hazırkı mühitdə bunun üçün elə də çox namizəd yoxdur: Ermənistan və Moldova. ABŞ sadəcə olaraq aldadır. Ermənistan öz əhalisini aldadaraq, onları "Qafqazda rusofob anklav" kimi yetişdirir".
Sadə rusiyalılar da "Telegram"da etirazlarını bildirirlər. Rusiya səfirinin daim hər hancı narazılıqla bağlı tez-tez Xarici İşlər Nazirliyinə çağırılması onları narahat edir.
"Paşinyan və erməni xalqı Rusiyanın onlar üçün etdiklərini niyə belə tez unudublar. Onları layiqincə cəzalandırmaq lazımdır. Qoy Amerika görsün ki, ermənilər də "cəsurdur". Ən demokratik Amerika hərbi bazaları və sistemləri bu şəkildə Rusiyanın cənubunu izləyəcək və İrana daha yaxın olacaq", - deyə
news.ru rusiyalı "Telegram" istifadəçilərinə istinadən yazır.
Elxan SALAHOV