02.08.2025, 04:16
AZ EN
14.01.2025, 14:50 200

ABŞ Ermənistanla tərəfdaş olacaqmı...

XƏBƏRLƏR

“İrəvan və Vaşinqtonun imzalayacağı strateji tərəfdaşlıq müqaviləsi ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya tipli strateji müttəfiqlik münasibətlərini nəzərdə tutmur".

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan-ABŞ Araşdırmaları Mərkəzinin rəhbəri Suren Sarkisyan özünün sosial şəbəkə hesabından yazıb. O, qeyd edib ki, ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermir: “Vaşinqton İrəvana hərbi yardım da göstərmir, silah-sursat satmır və ya kömək kimi silahla təmin etmir. Strateji tərəfdaşlıq müqaviləsi də Ermənistanda ABŞ hərbi bazasının və ya hərbi nümayəndələrin yerləşdirilməsini nəzərdə tutmur".

Erməni politolq onu da əlavə edib ki, hələ 2009-cu ildə ABŞ hökuməti Gürcüstanla strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Bununla belə, həmin sənədin imzalanması Vaşintqonun Tbilisiyə siyasi və ya hərbi dəstək verməsi məsələsində cüddi dəyişikliklər müşahidə edilməyib: “İndi Gürcüstandakı vəziyyət hamımıza yaxşı məlumdur. Əgər ABŞ 15 il əvvəl Gürcüstanla eyni formatda müqavilə imzalamışdısa, bunun nəyi və necə dəyişdiyi göz qabağındadır. Təhlükəsizlik sahəsində saziş hərbi əlaqələr, məsləhət proqramları çərçivəsində yardımı, hərbi təhsil və beynəlxalq təhsil proqramlarında iştirakı, həmçinin Kanzas Milli Qvardiyası ilə çoxillik əməkdaşlığın davam etdirilməsini nəzərdə tutur. ABŞ Ermənistanla imzalayacağı saziş çərçivəsində iqtisadi islahatlara, sosial layihələrə və  insan hüquqları sahəsində maliyyə yardımı ayıracaq. Söhbət çox güman ki, həm də Ermənistanda kiçik atom elektrik stansiyalarının tikilməsindən gedəcək".

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-a işgüzar səfər edib. O, Vaşinqtonda dövlət katibi Antoni Blinkenlə görüşəcək. Görüş çərçivəsində Ermənistanla ABŞ arasındakı strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanacağı gözlənilir.

Elxan SALAHOV

 

Oxşar xəbərlər