19.04.2025, 12:17
AZ EN
13.01.2025, 14:53 185

Abramyan: "Silahlanmanı məhdudlaşdırmasaq..."

XƏBƏRLƏR
  • Ermənistan silahlanma ilə bağlı məsələləri ilə bağlı Azərbaycana hər hansı formada nəzarət etmək imkanına malik deyil. Kimsə bu məsələyə görə Bakı ilə ikitərəfli razılaşma əldə edə biləcəyini düşünürsə, özünü də, erməni xalıqını da aldadır.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Azərbaycanın demilitarizasiya (hərbisizləşdirmə və ya silahsızlaşdırma) tələbinə cavab olaraq silahlara qarşılıqlı nəzarət, kvota və istifadəyə məhdudiyyətlər üçün danışıqlar mexanizminin formalaşdırılmasına hazır olduğunu bəyan edib: "Amma Azərbaycan tərəfi İrəvanın bu istəyini qəbul etməyib. Əksinə, Ermənistan Bakının tələbi çərçivəsində silahlanmanı məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Çünki 44 günlük müharibədən sonra geosiyasi vəziyyət bütünlüklə Azərbaycanın xeyrinə dəyişib və indi Bakı özünün şərtlərini diktə edən tərəfə çevrilib".

Tiqran Abramyan Azərbaycan prezidentinin yerli televizya kanallarına müsahibəsində Ermənistana yönəlik xəbərdarlıqları şərh edərkən bildirib ki, İlham Əliyev İrəvanı demilitarizasiya məcbur etməsi indi çox real görünür. Onun sözlərtinə görə, son bir neçə ildə regionda baş verən proseslər fonunda Ermənistanın kütləvi silahlanması və bu məsələlərdə Fransa, İran, Hindistan kimi ölkələrlə hərbi əməkdaşlığa can atması İrəvan üçün böyük təhlükə yaradır: "Silahlnamya nəzarət məsələsində Azərbaycanla ikitərəfli razılaşma mümkün deyil.  Hansısa bir “ağıllı adam” varmı ki, Ermənistanın silahlanma ilə bağlı məsələləri nəzarətdə saxlamaq və ya məhdudlaşdırmaq təklifinin ikitərəfli razılaşmanın əsasına çevriləcəyini düşünür? Bu, əslində, müəyyən mərhələdə bu təklifin redaktə ediləcəyini və onun altında yalnız Ermənistanın silahlanmasına kvota, məhdudiyyət və nəzarətin qalacağını göstərir”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR