Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
H.Fidan Ermənistanın baş naziri Nikol Paşinyanın da bu istiqamətdə müəyyən addımlar atdığını vurğulayıb:
“Sülh sazişi sənədinə imza atılması üçün yerdə qalan bir neçə bənd var ki, onların da tamamlanması lazımdır. Ümid edirik ki, 2025-ci ildə qalıcı sülhə nail olunacaq və firavan bir bölgə görəcəyik”. (Report)