"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib. Onun sözlərinə görə, Ermənistan Aİİ ilə əməkdaşlığa son qoysa, bu, yerli sakinlərin əsas malların qiymətlərinin artması, iş yerlərinin itirilməsi və gəlirlərinin azalması ilə üzləşməsinə gətirib çıxaracaq: "Kompensasiya olaraq onlar vizasız giriş əldə edə bilər, Ermənistan isə əhalinin azalması problemi ilə üzləşə bilər”.
Overçuk vurğulayıb ki, Rusiya Ermənistanda Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini ölkənin Aİİ-dən çıxması istiqamətində ilk addım hesab edir. Onun sözlərinə görə, bütün iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdə olan Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə meyllənməsi iki ölkə qarasında ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə aşağı salacaq.
Xatırladaq ki, yanvarın 9-da Ermənistan Nazirlər Kabineti Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Paşinyan hökumətinin bu qərar Ermənistan istimayyəti tərəfindən birmənalı qarşılanmayıb. Baş nazir Nikol Paşinyanın izah edib ki, bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə verilə bilər.
Elxan SALAHOV