Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Türkiyənin dəstəyi ilə birinci yardım karvanı yola düşdü. Çünki Türkiyənin logistik dəstəyi olmasaydı, bu, mümkün olmazdı. Eyni zamanda bizim Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin ora göndərilməsi də Türkiyənin dəstəyi ilə olub. Yəni biz istəyirik ki, burada öz töhfəmizi verək ki, Türkiyənin heç olmasa bu sərhədində terrora son qoyulsun”, - Prezident qeyd edib.
Tahirə AĞAMİRZƏ