17.04.2025, 04:27
AZ EN
07.01.2025, 14:06 178

Zəngəzur dəhlizi barədə məlumat İranda qarışıqlıq yaradıb

XƏBƏRLƏR
  • İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqainin yük maşınlarının sərhəddə qalması və Zəngəzur dəhlizi barədə dünənki açıqlaması Ermənistanda böyük rezonansa səbəb olub. İş o yerə çatıb ki, İranda geniş oxucu kütləsinə malik “Etimad” saytı nazirlik rəsmisinin açıqlamasını yayndan bir qədər sonra İsmayıl Bəqai Ermənistan və Azərbaycan mətbuatının da tirajladığı məlumatı təkzib etməli olub. Səbəb kimi onun Zəngəzur dəhlizi ilə bağlı dediklərinin düzgün anlaşılmadığı bildirilir.

"Vətən səsi" xəbər verir ki, mövzu İranın rəsmi xəbər agentliklərinin Türkiyə ilə sərhəddə qalan 1000-ə yaxın yük maşını barədə məlumat yayandan sonra aktuallaşmışdı. Həmin məlumatlarda bildirilirdi ki, İranla Türkiyə arasında yük maşınları ilə bağlı problem yaranıb. Belə ki, İran Türkiyə yük maşınlarına yanacaq satılmasını qadağan edib. İranda yanacaq Türkiyəyə nisbətən ucuz olduğu üçün Türkiyə TIR-ları həm girişdə, həm də çıxışda yanacağı qonşu ölkədən almağa üstünlük verirlər. Türkiyə isə qadağaya cavab olaraq İrana məxsus yük maşınlarına Türkiyəyə girişdə çənlərindəki yanacağın hər litrinə görə 28 lirə vergi tətbiq edib. Üstəlik, İran TIR-ları ehtiyacdan artıq yanacaq da götürərək Türkiyədə satırlar. Məhz buna görə Türkiyə İran TIR-larının satdığı yanacağa da əlavə vergi təyin edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məsələnin həlli üçün nümayəndə heyətinin yaxın günlərdə Türkiyəyə yollanacağını açıqlamışdı. O, baş verənlərin siyasi deyil, texniki məsələ olduğunua da vurğulamışdı.

İran mətbuatının ona istinadən yaydığı məlumatın təkzib olunmasına gəlincə, Bəqai deyib ki, o, ümumiyyətlə Zəngəzur barədə danışmayıb. Onun sözlərinə görə, informasiya agentlikləri Türkiyə-İran sərhədi barədə deyilənləri səhvən “Zəngəzur dəhlizi” kimi yazıb. Lakin o, bir daha vurğulayıb ki, Zəngəzur dəhlizi siyasi deyil, iki ölkə arasında spesifik tarixə malik texniki məsələdir.

Elxan SALAHOV

Oxşar xəbərlər