Azərbaycanın suveren ərazilərindəki erməni terrorçuları ya çıxarılmalı, ya da Azərbaycan qanunvericiliyinə müvafiq şəkildə cəzalandırılmalıdır. “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev “Twitter” hesabındakı paylaşımında belə qeyd edib.
“Azərbaycanın Qarabağ regionundakı bütün erməni terrorçu birləşmələri ya bizim suveren ərazilərimizdən çıxarılmalıdır, ya da Azərbaycan qanunvericiliyinə müvafiq olaraq cəzalandırılmalıdır. Üçüncü seçim mümkün deyil”, - deyə deputat bildirib.