24.12.2024, 06:55
AZ EN
10.09.2022, 10:30 155

Zakir Həsənov orduya istənilən təxribatın qarşısının dərhal alınmasına daim hazır olmağı əmr edib

XƏBƏRLƏR
  • Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib. Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri general-polkovnik Zakir Həsənov istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Hərbi qulluqçuların xidmət və məişət şəraiti, mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlərdən danışan general-polkovnik Z.Həsənov qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Müdafiə naziri şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair tapşırıqlar verib.

Döyüş növbətçiliyi, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinin şəxsi heyətin sağlamlığının qorunmasında mühüm rol oynadığını bir daha xatırladan nazir hərbi qulluqçulara bu qaydaların müntəzəm olaraq çatdırılmasını, həmçinin riayət olunmasına daim nəzarət edilməsini tapşırıb. (mod.gov.az)

Oxşar xəbərlər