26.12.2024, 16:50
AZ EN
25.12.2024, 21:15 238

Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb

XƏBƏRLƏR
  • AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

"Göyərtədəki 37 Azərbaycan vətəndaşından 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan olan 3 sərnişinin hamısı sağ qalıb. 16 Rusiya vətəndaşından 7-si həlak olub, 9-u sağ qalıb. Təyyarədəki 6 Qazaxıstan vətəndaşının hamısı həlak olub", - M.Karabayev deyib.

Onun məlumatına görə, təyyarədə 67 nəfər - 62 sərnişin və 5 ekipaj üzvü olub. Ekipajdan 2 nəfər həlak olub, 3 nəfər sağ qalıb.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib. (Report)

Oxşar xəbərlər