23.12.2024, 19:15
AZ EN
23.12.2024, 14:25 214

Oskanyan: “Paşinyan Zəngəzur dəhlizi ilə bağlı vəd verib”

XƏBƏRLƏR
  • “Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının tələbi Azərbaycanla Ermənistanın birgə hazırladığı sülh sazişi layihəsində əksini tapıb. Sadəcə, Ermənistan rəhbərliyi indi bu barədə danışmaq istəmir. Çünki Əliyev bu məsələnin həllinin cibində olduğunu hesab edir, ona görə də bunu qeyd etmir”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Prezident İlham Əliyevin Rusiya mediasına müsahibəsində sülh sazişinin detalları haqda fikirlərinə münasibət bildirərkən deyib. O, deyib ki, rəsmi Bakı irəli sürdüyü tələblərin tam şəkildə yerinə yetirilmədiyi halda sülh sazişini imzalamayacaq. Bu isə o deməkdir ki, İrəvan Zəngəzur dəhlizi ilə bağlı tələbi də yerinə yetirəcək. Əks halda hələ delimitasiya işlərinin aparılmadığı sərhədyanı ərazilərdə eskalyasiya təhlükəsi davam edəcək: “Paşinyan dəhlizlə bağlı vəd verib. Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir. Yəni, Azərbaycan Zəngəzur dəhlizini özü nəzarətə götürəcək. Ermənistan hakimiyyəyi dəhlizi “qırmızı xətt” adlandırsa da, reallıq fərqlidir. Bu, Paşinyanın “Qarabağ Ermənistandır” dedikdən sonra “Qarabağ Azərbaycandır” deməsini xatırladır”.

Xatırladaq ki, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində sülh sazişinin 17 maddədən ibarət olduğunu, 15 maddənin razılaşdırıldığını, 2 maddənin isə müzakirə edildiyini açıqlayıb. Bu maddələr bir-birinə qarşı beynəlxalq iddialardan imtina və sərhəddə üçüncü tərəflərə məxsus qüvvələrin yerləşdirilməməsidir.

Elxan SALAHOV

Oxşar xəbərlər