Bunu Baku Tv-nin Qərbi Azərbaycan Xronikası verlişinə icmanın sözcüsü Ülviyyə Zülfiqar bildirib.
“Məlum olduğu kimi ötən əsr ərzində öz ata-baba yurdlarından zorla çıxarılan Qərbi azərbaycanlıların həm də böyük əksəriyyətini qadınlar, uşaqlar, yaşlılar və digər həssas qruplar təşkil edir. Bu qruplarla bağlı Qərbi Azərbaycan icması həm də öz qayıdış konsepsiyasında həmin təbəqəni həssas təbəqə kimi qeyd etməklə bir daha bu gündəliyə sadiq olduğunu nümayiş etdirir. Məlum olduğu kimi deportasiyaya məruz qalan insanlarımızın qadınlar və uşaqlar qrupu bu faciəvi hadisələrdən xüsusilə əziyyət çəkiblər. Onlar cəmi iki saat ərzində və yaxud da bəzən daha qısa müddət ərzində öz ata-baba yurdlarından zorla çıxarılmağa məruz qalan soydaşlarımızın əsas təbəqəsi kimi bu acı təcrübəni yaşayıblar. Qadınlar və uşaqlar olaraq bu prosesdən çox əziyyət çəkiblər. Bununla yanaşı biz hər dəfə etdiyimiz müraciətlər zamanı bu həssas təbəqənin hüquqlarını qabardırıq. Məlum olduğu kimi ötən ilin aprel ayında da Avropa komissiyasının prezidenti Ursula Fon der Lyayenə Qərbi Azərbaycan icmasındakı qadınlar tərəfindən müraciət ünvanlanmışdı. Həmin qətnamənin gündəliyi vurğulanmışdır və bildirmişdir ki, biz Qərbi Azərbaycandan olan xanımlar olaraq öz məsələmizə diqqət çəkmək və soydaşlarımızın geri qayıdışı fonunda qadınların və uşaqların hüquqlarının bərpa olunmasını tələb edirik. Bununla yanaşı xüsusi vurğulamaq istərdim ki, qadınların və uşaqların hüquqları hər zaman beynəlxalq təşkilatların gündəliyində də xüsusi olaraq götürülür və burdan yoldan çıxaraq bildirmək istərdik ki, Qərbi azərbaycanlıların geri qayıdışı zamanı qadınların və uşaqların hüquqları da maksimum şəkildə Ermənistan tərəfindən bərpa olunmalıdır. Çünki Ermənistan tərəfinin beynəlxalq hüquq, norma və prinsiplərin pozulmasının daha bir isbatı və onun həssas təbəqə olan qadınlar və uşaqlara qarşı həmin departasiya zamanı göstərdiyi münasibətdir. Və Qərbi azərbaycanlı qadınlar və uşaqlara bu geri qayıdış zamanı Ermənistan tərəfindən nəinki xüsusi diqqət ayrılmalıdır, Ermənistan da qadınlar, uşaqlar və digər şəxsləri həssas təbəqə kimi vurğulamalıdır. Bununla yanaşı ümumilikdə Qərbi Azərbaycandan deportasiya olunan bütün soydaşlarımızın geri qayıdışının məsuliyyəti məhz Ermənistan tərəfinin üzərindədir”.
Günel QULİYEVA