Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cari ilin sentyabr ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 73 ədəd piyada əleyhinə, 47 ədəd tank əleyhinə mina və 8 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 273 hektar ərazi tam təmizlənib.
Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 26 min 455 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7 min 558 ədəd piyada əleyhinə, 2 min 342 ədəd tank əleyhinə mina və 9 min 944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.