18.12.2024, 16:39
AZ EN
18.12.2024, 13:48 110

Ermənistan sülh danışıqlarını pozur: iki cəhd, bir hədəf

XƏBƏRLƏR
  • “Azərbaycanla Ermənistan arasında sülh müstəvisində danışıqlar prosesinin uzanmasında günahkar Ermənistandır. Çünki tərəflərin razılığa gələ bilmədiyi məqamlar birbaşa Ermənistana aid olan məsələdir. Bu, ilk növbədə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlıdır”.

“Vətən səsi” xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov sülh danışıqlarının faktiki olaraq dayanmasının səbəblərini şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan danışıqların ilkin mərhələsində Zəngəzur dəhlizi məsələsini, indi isə Azərbaycanın əsas şərlərindən birini bəhanə edərək prosesi yubadır: “Bir müddət Zəngəzur dəhlizi ilə bağlı bəhanələr ortaya atılırdı. Amma sonra Azərbaycan dəhliz məsələsinin sülh danışıqlarından çıxarıldığını bəyan etdi. Lakin ermənilər Azərbaycana qarşı ərazi iddialarını geri götürməkdən imtina edməklə yenə də öz oyununu oynayır”.

Elmar Məmmədyraov hesab edir ki, Ermənistanla sərhədlərin delimitasiyası məsələsində də ortaq mövqeyə gəlmək çətindir. Onun sözlərinə görə, vəziyyətin bu cür davam etməsi tərəflər arasında sülh razılaşması imkanlarını azaldır: “Sülh yoxdursa, deməli, təxribat riskləri hər zaman olacaq. Artıq dünyada siyasi proseslər fərqli müstəvidə cərəyan edir. SSRİ dağıldıqdan sonra dünyada yeni xəritələr çəkilir. Suriyada baş verən son hadisələr proseslər fonunda Cənubi Qafqazın da dəyişməsini istəyən və bunda maraqlı olan qüvvələr var. Ona görə də Ermənistanın indiki rəhbərliyi baş verənlərdən düzgün nəticə çıxartmalıdır”.

Sabiq nazir bildirib ki, İrəvan konstitusiyada ərazi iddialarını geri götürsə Azərbaycan və Ermənistanın ilkin sülh sənədini paraflaması mümkündür: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olduğu halda sülh sazişini imzalamaq real deyil. İndiki halda Nikol Paşinyan da bu prosesdə geridönüşün olmadığının fərqindədir. Buna görə də o, Ermənistan üçün yeni konstitusiya layihəsinin hazırlanması ilə bağlı bəyanat verib. Bu halda sülhə və digər məsələlərin qarşısında əngəl qalmır. Azərbaycanın eksklav əraziləri ilə bağlı da yekunda müsbət addım atmaq olar. Burada ərazi mübadiləsinə getmək ehtimalı da istisna edilmir”.

Elxan SALAHOV

Oxşar xəbərlər