19.10.2024, 16:25
AZ EN
23.04.2024, 12:25 263

Qırğızıstan Prezidenti Ağdamda təməlqoyma mərasimində iştirak edəcək

XƏBƏRLƏR
  • Qırğızıstan prezidenti aprelin 24-25-də Azərbaycana rəsmi səfər edəcəyi planlaşdırılıb.

Bu barədə Qırğızıstan Prezident Admistrasiyasından məlumat verilib.

Bildirilib ki, Səfər çərçivəsində Sadır Japarov Azərbaycan Prezidenti

İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli

əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılqılı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər. Bundan başqa Sadır Japarov Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcək. Xatırladaq ki, daha əvvəl bu məktəbin Qırğızıstanın maliyyə dəstəyi ilə inşa ediləcəyi barədə məlumat verilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər