16.12.2024, 15:28
AZ EN
16.12.2024, 11:41 114

Ermənistan SSRİ xəritələrindən imtina edə bilməz

XƏBƏRLƏR
  • “Azərbaycanla sülh danışıqlarında mövcud olmayan SSRİ-nin xəritələrinə istinad olunması qəbuledilməz olduğu deyilir. Açıq və birbaşa deyirəm, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir”.

 “Vətən səsi” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan özünün “facebook” səhifəsində son zamanlar sosial şəbəkələrdə ona ünvanlanan iradlara və ittihamlara cavabında bildirib. O, öz paylaşımında ailəsi və apardığı siyasət barədə xeyli iradlara rast gəldiyini qeyd edib. Erməni Baş nazir deyib ki, sərhədlərin delimitasiyası ilə bağlı razılaşmaya çərçivəsində anklav kəndlərin Azərbaycana qaytarılması ona irad tutulur.

Ermənistanın Baş naziri sərhədlərin müəyyənləşdirilməsi prosesində SSRİ dövrünün xəritələrinə istinad edilməsini ona irad tutanlara belə cavab verib: “SSRİ dövrünün xəritələrindən imtina etmək dövlətçilikdən və müstəqillikdən imtina etmək demək ola bilər. Çünki biz Sovet Ermənistanının ərazisində müstəqillik əldə etmişik və beynəlxalq birlik bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınan ərazilərə sahib olmaq bizim üçün mühüm təhlükəsizlik buferidir”.

Paşinyan həmin açıqlaması ilə SSRİ-yə qədər Ermənistan adlı dövlətin olmadığını və hazırda bu ölkənin ərazisi hesab edilən torpaqların bütünlüklə Azərbaycana məsxis olduğunu bir daha açıq şəkildə etiraf edib.  O, məhz bunu nəzərə alaraq SSRİ xəritələrindən imtina edilməsini dövlətçiliyi olmayan ermənilərə baha başa gələ biləcəyini söyləyib. Erməni baş nazir hətta fakiki ərazilərini tam şəkildə qoruya biləcəklərinə şübhə ilə yanaşdığını da gizlətməyib: “Bir neçə dəfə ictimai çıxışlarımda demişəm ki, əgər biz özümüz beynəlxalq səviyyədə tanınmış ərazimizi tam olaraq tanımırıqsa, başqalarına da bizə istinad edərək onu tanımamaq şansı veririk. Biz beynəlxalq səviyyədə tanınmış ərazimizi tam olaraq tanımamaqla öz qapımızı başqalarına açmış oluruq. Kirants kəndində Ermənistanın suveren ərazisindən əl çəkmədik, öz qapılarımızı, dövlətimizin sərhədini, dövlətçiliyin astanasını bərkitdik və bunu uğurun dönüş nöqtəsi hesab edirəm. Kirantsa gedin və bu uğuru öz gözlərinizlə görəcəksiniz”.

Elxan SALAHOV

Oxşar xəbərlər