13.12.2024, 00:00
AZ EN
12.12.2024, 17:27 131

Fransanın İrəvandakı səfiri gülüş hədəfinə çevrilib

XƏBƏRLƏR
  • Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin bir neçə gün əvvəl Azərbaycanla şərti sərhədə gələrək binoklla ölkəmizin suveren ərazilərini müşahidə etməsi ermənilər tərəfindən də birmənalı qarşılanmayıb. Onu hətta Baş naziri Nikol Paşinyandan da çox ermənipərəst adlandıranlar var.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ekspert Harut Sasunyana istinadən məlumat yayıb. Erməni ekspert bildirib ki, rəsmi Bakı Qərbi Azərbaycan haqda danışanda Paşinyan bunu biabırçı şəkildə “Qərbi Ermənistan” ilə eyniləşdirib. Həmin iddiaya sosial şəbəkədə Fransanın Ermənistandakı səfiri Olivye Dekottini cavab verib: “Fransa səfiri sosial şəbəkə hesabında yazmışdı ki, Qərbi Azərbaycan əyalətinin İran ərazisində yerləşir. O, bununla İlham Əliyevə cavab vermişdi. Amma kənardan çox qəribə görünür, Ermənistan rəhbərliyinin susduğu bir məsələyə niyə Fransa səfiri cavab yazsın ki?!

Erməni ekspert Fransanın Ermənistandakı səfirinin həmin açıqlamadan sonra İrəvanda gülüş hədəfinə çevrildiyini deyib. Onun sözlərinə görə, X sosial şəbəkə platformasında Nemesis Melkonyan adlı erməni Fransa səfirinə yazdığı rəylə onu ələ salıb: “Melkonyan soyadlı erməni Fransa səfirini X platformasında yazdıqlarına görə onu təriflədi. Əslində isə onu ələ salıblar. Çünki səfirə “Siz bizim növbəti baş nazirimiz ola bilərsinizmi?” sualını verən Melkonyan əslində etnik türkdür”.

Xatırladaq ki, həmin gün Fransa səfiri İrəvandakı məşhur Göy məscidin fotosunu da sosial şəbəkə hesabında yerləşdirmiş. O, həmin paylaşıma “İrəvan Göy məscidinin bağlarında Ermənistanın fars irsinin simvolu” sözlərini də əlavə etmişdi. Halbuki İrəvandakı Göy məscidin qədim tarixə malik Azərbaycan abidəsi olduğu hər kəsə bəllidir. İran isə “restavrasiya” adı altında məscidi farslaşdırmağa çalışıb və bundan sonra ermənilər də həmin tarixi abidənin farslara məxsus olduğunu  abidəsi kimi tanıtmağa çalışır.

Elxan SALAHOV

 

Oxşar xəbərlər