26.12.2024, 18:29
AZ EN
09.12.2024, 12:53 192

Ermənistan İran və Hindistanla pozuluşub...

XƏBƏRLƏR
  • Ermənistan, İran və Hindistanın iştirakı ilə yeni ticarət marşrutunun işə salınması ilə bağlı sentyabr ayında planlaşdırılan üçtərəfli görüş təxirə salınıb.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı İqtisadiyyat Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin görüş İran-İsrail münasibətlərinin gərginləşməsi səbəbindən pozulub. Növbəti görüşün keçirilib-keçirilməyəcəyi də sual altındadır.

Bununla belə, Ermənistan multimodal sürətli marşrutun yaradılması ilə bağlı ilkin müzakirələri davam etdirmək niyyətindədir. Lakin laihənin gerçəkləşməsi üçün görüləcək işlər və onun işə salınma müddəti hələ dəqiqləşməyib.

Xatırladaq ki, üç ölkənin birgə həyata keçirmək istədiyi layihəyə əsasən, həmin marşrutla Hindistan və Fars körfəzi limanlarından Avropaya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə yüklər Ermənistan və Gürcüstan üzərindən daşınacaq. Plana əsasən, Hindistanın Mumbay limanından yüklər Çabahara, sonra quru yolla Ermənistana və ordan Gürcüstana nəql olunmalıdır. Gürcüstan limanlarından isə yüklər Bolqarıstan və ya Yunanıstana, yaxud da “Yuxarı Lars” vasitəsilə Rusiyaya çatırılmalıdır.

Yeri gəlmişkən hazırda Aİİ-yə yalnız Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.

Elxan SALAHOV

Oxşar xəbərlər