Bu sözləri Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali deyib.
O qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında dövlətlər səviyyəsində diplomatik münasibətlər artdığı kimi, parlamentlərin də əməkdaşlığı güclənir:
“Bizim müxtəlif ortaq təşkilatlarımız var. Birlikdə TÜRKPA-nın milli komissiyalarında modul qanunlar yaradırıq. Dostluq qruplarımız çox aktiv fəaliyyət göstərirlər. COP29 kimi böyük tədbiri uğurla başa vuran Azərbaycanı təkrar təbrik edirəm və uğurlarına sevindiyimizi bildirirəm”. (Report)