Görüşdə Rizvan Nəbiyev ötən əsr boyunca Qərbi azərbaycanlıları öz ata-baba yurdundan dörd dəfə deportasiya edən Ermənistanın cəzasız qalmasının Azərbaycana qarşı ərazi iddialarına və 30 illik işğala yol açdığını bildirib.
O əlavə edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ədaləti bərpa etməsi ilə regionda sülh üçün şərait yaranıb. Bu gün soydaşlarımız öz evlərinə sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmağa çox ümidlidirlər. (AZƏRTAC)