17.12.2024, 02:53
AZ EN
03.12.2024, 10:35 252

Elçin Əmirbəyov “Eyes on Eurasıa” podkastına müsahibə verib

XƏBƏRLƏR
  • “Son vaxtlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müsbət addımlar atılıb. Prezident İlham Əliyev danışıqların real nəticələr verdiyini vurğulayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamaq üçün bütün səylərini səfərbər edəcəyini müəyyən edib”.

Bunu prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov amerikalı politoloq Qlen Hovarda müsahibəsində deyib.

“Eyes on Eurasia” podkastında  Qlen Hovardın qonağı olan Elçin Əmirbəyov qeyd edib ki, məqsəd bölgədə sülhə nail olmaqdı: “Biz uzun illər bu münaqişədən çox əziyyət çəkmişik. Düşünürük ki, sülhə dair addımlar bütövlükdə Cənubi Qafqazda yeni perspektivlər yaradacaq. Bunun üçün isə Ermənistandan yeni gözləntilərimiz var. Onlar gərək öz konstitusiyalarını dəyişsin. Çünki sənəddə ərazi iddiası var. Uzun illər işğalda olan Azərbaycanın Qazax rayonun 4 kəndi Ermənistan tərəfindən boşaldıldı və demorkasiya prosesi baş tutdu. Məncə bu yeni danışıqlar üçün də bir nümunədir və müsbət addımdır. İndi komissiyalar mütəmadi olaraq toplanır. Sonuncu iclas noyabrın 1-də keçirildi. Məncə proses çox yaxşı irəliləyir”.

Zəngəzur dəhlizi məsələsinə toxunan Elçin Əmirbəyov vurğulayıb ki, əsas məsələ Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələri təmin etməkdir: “Zəngəzur dəhlizinin qurulması sülhün ən vacib nailiyyətlərindən biri olacaq. Bu layihə Ermənistanla Azərbaycanı həm də ticarət və iqtisadi əlaqələrdə birləşdirəcək. Ermənistan iradə göstərsə biz bu sahədə də lazımi irəliləyişə nail ola biləcəyik”.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmibəyov hesab edir ki, Ermənistanın Azərbaycanda keçirilən COP29 tədbirinə qatılması yaxşı fürsət ola bilərdi. Amma təəssüf ki, onlar bu dəvəti qəbul etmədi və fürsəti qaçırdılar. Elçin Əmirbəyov müsahibəsində ABŞ-la münasibətlərə də toxunub. Qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra ABŞ ilə münasibətlər proqmatik və müsbət olub.

“Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə birləşmiş ştatlar suverenliyimizi, müstəqilliyimizi və ərazi bütövlüyümüzü dəstəkləyib. Biz əminik ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionu üçün Azərbaycan tərəfindən təklif olunan sülh gündəliyini dəstəkləyəcək. Çünki Azərbaycan Xəzər regionunda mühüm rol oynayır və bu rolun yeni admistirasiya tərəfindən dəstəklənməsinə də ümid edirik”, - E.Əmirbəyov deyə  bildirib.

Günel QULİYEVA

Oxşar xəbərlər