09.06.2025, 07:22
AZ EN
27.11.2024, 13:53 340

Ermənilər Başkəndi güzəştə gedir, əvəzində...

XƏBƏRLƏR
  • Ermənistanın işğalı alında qalmış səkkiz kənddən anklav olmayan dördü, yəni Qazax rayonuna məxsus əraziləri bu ilin yazında həyata keçirilən delimitasiya zamanı Azərbaycana təhvil verilib. Digər kəndlərin məsələsi isə delimitasiya prosesinin növbəti mərhələsində həll edilməlidir. Amma bu proses gözlənilən də çox yubanır.

Bəs, sərhədlərin delimiztasiyası prosesinin növbəti mərhələsi nə vaxt başlayacaq və Azərbaycana qaytarılmalı olan digər 4 kəndin taleyi necə müəyyənləşdiriləcək?

"Vətən səsi" xatırladır ki, Ermənistan parlamentinin sədri Alen Simonyan hələ noyabrın əvvəlində delimitasiya komissiyalarının reqlamentinin mövcudluğunu "həm Azərbaycanın, həm də Ermənistanın ən böyük qələbəsi" adlandırmışdı. Amma aradan keçən bir aya yaxın müddətdə delimitasiya prosesinin irəliləməsi istiqamətində real addımlar atılmayıb və Azərbaycana qaytarılmalı olan 4 kəndin taleyinə indiyədək aydınlıq gətirilməməsi müzakirələrə səbəb olur.

Bununla belə, Bakıdan və İrəvandan verilən mesajlar anklav kəndlər və mübahisəli ərazilər məsələsinin də tezliklə həll edilə biləcəyinə əsas yaradır. Ekspertlər isə bildirirlər ki, anklav və eksklavlarla bağlı məsələlərdə mübahisə doğura biləcək əsas çətinlik Naxçıvanın Kərki və Gədəbəyin Başkənd yaşayış məntəqələri ilə bağlıdır. Lakin həmin ərazilərin mübadilə vasitəsilə delimitasiyası mümkündür və çox güman ki, tərəflər bunun da yolunu tacaq. Çünki mövcud qanunvericiliyə görə, topaq mübadiləsi üçün referenduma ehtiyac qalmır və belə olan halda hər iki kəndlə bağlı müvafiq addımlar atıla bilər. Qazaxın anklav olan 3 kəndinin də taleyinə qarşılıqlı razılaşma əsasında aydınlıq gətiriləcək. Həm də yaxın bir neçə ay ərzində bu, çox realdır.

Politoloq Qabil Hüseynli də Azərbaycanla Ermənistan arasında belə bir razılaşmanın olacağını istisna etmir. O, "Bakupost"az açıqlamasında deyib ki, sülh danışıqları çərçivəsində tərəflərin qarşılıqlı güzəşt məsələsi gündəmə gələ bilər: "Azərbaycanın Ermənistan ərazisində 4 anklav kəndi var. Ermənistan isə Gədəbəyin Başkənd kəndini özünün anklavı hesab edir. Güzəşt məsələsi anklavlarların mübadiləsi anlayışını gündəmə gətirə bilər”.

Qabil Hüseynli deyib ki, rəsmi Bakı Naxçıvanın Kərki kəndini güzəştə gedərsə, ermənilər də Başkəndə olan iddiadan imtina edəcəklər. Onun fikrincə, digər anklav kəndlərdən strateji əhəmiyyətli yollar keçdiyi üçün burada rüsumların alınması məsələsi də mövcuddur: “Həmin ərazilərdən keçən yolların Ermənistanda icarə əsasında qalması mümkün ola bilər”.

Xatırladaq ki, hazırda Azərbaycanın Ermənistan ərazisində 4 eksklav kəndi qalıb - 3-ü Qazax rayonuna, 1-i Naxçıvana aiddir. Ermənistanın isə Azərbaycan ərazisində bir anklavı var - Başkənd. Prezident İlham Əliyev eksklavlarla bağlı məsələdən danışarkən "kimə nə məxsusdur özünə qaytarılacaq" tezisini irəli sürüb.

Elxan SALAHOV

Oxşar xəbərlər