"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, prezidentin sərəncamı ilə general-polkovnik Rüstəm Muradov Quru Qoşunları Komandanının birinci müavini təyin olunub.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Muradov Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşdirilən rus sülhməramlı qüvvələrinin ilk komandiri olub. General burada xidmətini başa vurduqdan sonra Rusiyanın şərq qüvvələrinə komandir təyin edilib, amma 2023-cü ilin aprelində bu vəzifədən azad olunub.
Rusiyanın sülhməramlı kontingenti bu ilin yazında Azərbaycan ərazisindən çıxarılıb.
Elxan SALAHOV