Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya-Ermənistan ictimai forumunda bildirib.
“Moskva həm ikitərəfli səviyyədə, həm də Avrasiya məkanında birlik çərçivəsində bütün razılaşmalara sadiq olub və sadiq qalır. Biz müttəfiqlərimiz qarşısında, o cümlədən hərbi-siyasi sahədə öhdəliklərimizdən imtina etmirik”, - Qaluzin vurğulayıb. (APA)