21.11.2024, 10:24
AZ EN
20.11.2024, 15:14 150

Ayvazyan: "Biz iradəmizi Azərbaycana qəbul etdirə bilmədik"

XƏBƏRLƏR
  • "Cənubi Qafqaz və Ermənistanla davam edən sülh danışıqlarında vəziyyət Azərbaycanın xeyrinədir. Halbuki Ermənistan 1990-cı illərin əvvəllərində müharibədə qalib gəlmiş tərəf kimi çox şeyə nail ola bilərdi".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib. O, bildirib ki, Ermənistan son 4 ildə hərb meydanındakı uğursuzluğunu diplomatik müstəvidə də davam etdirib və hazırkı şərtlər 44 günlük müharibənin nəticələrindən daha ağırdır: "Müharibədən sonra regionda yaranmış  vəziyyət təkcə hərbi yox, həm də diplomatik müstəvidə Azərbaycanın xeyrinədir. Beynəlxalq münasibətlər, dünya tarixi və reallıqlar da Bakının maraqlarına, gələcəyə hesablanmış istəklərinə tam cavab verir. Diplomatiya təcrübəsi və əlaqəli faktorlara az-çox bələd olan insanlar bilirlər ki, müharibələr döyüş meydanında qələbə üçün yox, düşmənə öz iradəni diktə etmək üçün aparılır. 1994-cü ildə qalib gəldik, amma biz öz iradəmizi Azərbaycana qəbul etdirə bilmədik. İndi vəziyyət Azərbaycanın xeyrinə dəyişib və rəsmi Bakı hərbi qələbəsini diplomatiya yolu ilə də təmin etmək üçün görünməmiş fürsət əldə edib”.

Ayvazyan əlavə edib ki, Türkiyə də 100 ildən sonra yenidən Cənubi Qafqazda təsiredici gücə çevrilib.

Elxan SALAHOV

Oxşar xəbərlər