09.06.2025, 01:09
AZ EN
14.11.2024, 17:48 219

İrəvan KTMT ilə bağlı mövqeyində yumşalır

XƏBƏRLƏR
  • Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıq və bu qurumda fəaliyyətin dondurulması ilə bağlı mövqeyni dəyişə bilər.

"Vətən səsi" xəbər verir ki, Ermənistandakı Rusiyadakı səfirinin KTMT-yə üzv ölkələrinin nümayəndələri ilə birlikdə Moskvada keçirilən toplantıda iştirak etməsindən sonra belə bir məlumat yayılıb. Ermənistandakı müxalif siyasi dairələr Paşinyan hökumətinin Rusiya ilə münasibətlərin soyumasından narahatlıq keçirdiyini iddia edir. Hökumətin mövcud siyasi kursunu dəstəkləməyənlər Ermənistanın Moskvadakı səfirinin məlum görüşə qatılmasını peşimançılığın etirafı kimi dəyərləndirirlər. 

Rəsmi İrəvan isə bu iddialara cavab olaraq bəyan edib ki, Ermənistanın KTMT-nin işində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Rusiya ilə İrəvan arasında münasibətlərdə hər hansı dəyişiklik baş verməyib və KTMT çərçivəsində əməkdaşlıq məsələsində yenilik yoxdur. Onun sözlərinə görə, Avropaya inteqrasiya yolunu tutan Ermənistan Rusiya ilə qonşuluq münasibətlərini əvvəlki qaydada davam etdirəcək.

Xatırladaq ki, bir müddət əvvəl İrəvanın Rusiyadakı səfiri Qurgen Arsenyan KTMT-yə üzv digər ölkələrdən olan həmkarları ilə birlikdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirib. İrəvanın son bir neçə ildə KTMT ilə bağlı bütün tədbirləri bu və ya digər şəkildə boykot etməsi fonunda Arsenyanın orada iştirakı diqqət çəkib.

Elxan SALAHOV

 

 

 

Oxşar xəbərlər