“İnterfaks” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, dayanıqlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Bundan sonra da sülh sazişi üzərində işdə, sərhədlərin delimitasiyasında, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında dəstək göstərəcəyik", - deyə V.Putin səfirlərin, o cümlədən Azərbaycan və Ermənistanın yeni səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində bildirib.
Rusiya Prezidenti Azərbaycan və Ermənistan liderlərinin Kazanda BRICS sammiti çərçivəsində görüşməsini, regionda davamlı sülh və millətlərarası razılığın əldə edilməsinə dair prinsipial məsələlər üzrə faydalı söhbət aparmalarını alqışlayıb.
O əlavə edib ki, Azərbaycan və Ermənistan Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir. (Report)