03.08.2025, 00:58
AZ EN
05.11.2024, 13:59 304

Rusiyadan üz çevirən Ermənistan Avropa yolunda...

XƏBƏRLƏR
  • “Ermənistan Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsində maraqlıdır. Bu, Ermənistan üçün strateji seçimdir".

"Vətən səsi" xəbər verir ki, bunu Erməniatan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Avropa İttifaqının (Aİ) nümayəndə heyətinin Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlar proqramını hazırlamaq üçün İrəvana səfərini şərh edərkən bildirib. O, deyib ki, 2024-cü il Ermənistan-Aİ tərəfdaşlığı gündəliyinin irəliləməsi baxımından görünməmiş bir il olub: "Son dövrlər Ermənistanla Avropa İttifaqı arasında münasibətlər daha bir elementlə - təhlükəsizlik sferası ilə tamamlanıb. Söhbət həm də Ermənistandakı mülki monitorinq missiyasından gedir. Həmçinin Avropa Sülh Fondu ilə Ermənistan Respublikasına dəstək verilməsi barədə qərar qəbul edilib. İndi isə İrəvan və Brüssel viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların növbəti mərhələsinə başlayır. Biz faktiki olaraq Avropa İttifaqı ilə münasibətləri bir az da genişləndiririk".

Paruyr Hovhannisyan onu da əlavə edib ki, bu ilin yayında Aİ ilə Ermənistan arasında əlaqələrin dərinləşdirilməsina dair iki mühüm qərar qəbul edilib. Onun sözlərinə görə, yaxın vaxtlarda patentlərin liberallaşdırılması ilə bağlı dialoqa start veriləcək və Avropa sülh aləti vasitəsilə Ermənistana dəstək göstəriləcək: "Biz Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının yeni gündəliyinin layihəsini yekunlaşdırırıq. Artıq patentlərin liberallaşdırılması ilə bağlı danışıqlara başlamışıq. Bu günlərdə Avropa İttifaqı müvafiq danışıqlar proqramını hazırlamaq üçün İrəvana nümayəndə heyəti göndərir".

Hovhannisyan qeyd edib ki, həmçinin Aİ missiyasının fəaliyyəti davam edir: "Ermənistanın Avropa İttifaqının ümumi təhlükəsizlik və müdafiə siyasəti missiyalarında iştirakı məsələsi üzrə razılaşma yekunlaşmaq üzrədir. 2025-ci ildə Ermənistan-Avropa İttifaqı hərtərəfli genişləndirilmiş tərəfdaşlıq sazişində nəzərdə tutulan bütün nizamnamə orqanlarının, yəni ali orqan olan tərəfdaşlıq şurasının görüşləri planlaşdırılır".

Xatırladaq ki, Ermənistanın Avropaya inteqrasiya yolunu seçməsi, Rusiyadan üz çevirərək Qərblə əməkdaşlığı genişləndirmək niyyəti erməni ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmır. Paşinyan hökumətinin Aİ-nin təhlükəsizlik və müdafiə siyasəti missiyalarına qucaq açması, xüsusilə Fransanın təhriki ilə mülki monitorinq missiyasının Azərbaycanla sərhədə gətirilməsi rəsmi İrəvanın beynəlxalq nüfuzuna da zərbə vurur.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR