30.10.2024, 13:24
AZ EN
30.10.2024, 09:25 263

Paşinyan Mirzoyanı Bakıya göndərir

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyanı Bakıya göndərmək niyyətindədir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan  "Hraparak" qəzeti məlumat yayıb. İddia olunur ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana dəvət göndərilib. Bir neçə gün əvvəl Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan dəvət məktubunun alındığını təsdiqləyib. Onun sözlərinə görə, hazırda bu məsələ hökumətdə müzakirə olunur və Mirzoyanın Bakıda keçiriləcək beynəlxalq sammitdə iştirak edib-etməyəcəyi yaxın günlərdə hökumət rəhbərliyi səviyyəsində dəqiqlə.diriləcək.

Nəşrin yazdığına görə, rəsmi İrəvan Ermənistanın COP29-da iştirakı ilə bağlı müsbət fikirdədir. Belə ki, Paşinyan özü də başda olmaqla hakim partiyanın aparıcı nümayəndələri Ararat Mirzoyanın Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirakının tərəfdarı kimi çıxış edir. Lakin hökumətin bu niyyətinin gerçəkləşməsi üçün yekun qərar hələ verilməyib.

Xatırladaq ki, COP29-un prezidenti Muxtar Babayev rəsmi Bakı adından Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Bunu bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də təsdiqləmişdi.

"İki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - deyə Hikmət Hacıyev əlavə etmişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər