23.11.2024, 01:39
AZ EN
14.10.2024, 11:36 239

Ermənilər Qarabağa o halda qayıda bilər ki...

XƏBƏRLƏR
  • Qarabağdan Ermənistana köçən ermənilərin geri qayıtması yalnız Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra rəsmi Bakının razılığı əsasında mümkündür. Bunun üçün sülh əldə olunduqdan sonra Bakı ilə İrəvan arasında danışıqlar aparmaq olar.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan "Armenpress" və "Şant" telekanalına müsahibəsində deyib. O qeyd edib ki, bu məsələyə real yanaşmaq lazımdır - qayıdışdan danışmazdan əvvəl ilk növbədə təhlükəsizlik məsələləri həll edilməlidir.

"Müxtəlif amillər var - təhlükəsizlik və Qarabağ ermənilərinə müəyyən şərtlər təqdim olunacaq", - deyə Ermənistan prezidenti Qarabağa qayıtmaq istəyən ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməli olduqlarına işarə edib.

Xaçaturyan əmindir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla danışıqlar yolu ilə həllə nail olmaq olar. O qeyd edib ki, bu çətinliklər "irəliləməyə" mane olmamalıdır.

Xaçatryan Bakıda həbsdə olan cinayətkar erməni separatçı-terrorçular mövzusuna da toxunub, bu istiqamətdə fəal iş aparıldığını vurğulayıb. O, bu səylərin son nəticədə "uğur qazanacağına" əminliyini ifadə edib.

Elxan SALAHOV

Oxşar xəbərlər