Bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-nin Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının saytında dərc olunmuş “ABŞ-nin əsl müttəfiqinin müdafiəsi üçün ayağa qalxmaq” sərlövhəli məqaləsində yazıb.
Bildirilib ki, bu yaxınlarda Nümayəndələr Palatasının üzvü Adam Şiff ABŞ-dəki Azərbaycana məxsus aktivləri hədəfə alan və onları İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı hərbi əməliyyatlarda köçən ermənilərə vermək məqsədi güdən qanun layihəsini Konqresə təqdim edib. Bununla da, erməni seçicilərin səslərinə Amerikanın milli maraqlarından daha artıq dəyər verdiyini nümayiş etdirib.
Məqalədə amerikalıları Adam Şiffi terrorizm və dini radikalizmlə mübarizədə ABŞ-nin müttəfiqi olan Azərbaycanı hədəf almasına görə qınamağa çağıran politoloq qeyd edib: “ABŞ yaxşı olardı ki, Kaliforniyada ermənilərin səsini qazanmaq üçün keçmişdə Amerikaya dəstək verən müttəfiqlərini özündən uzaqlaşdırmasın. Axı, Amerikanın milli maraqları istənilən lobbidən əvvəl olmalıdır”. (Trend)
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2024/10/09/standing-up-to-defend-a-strong-us-ally/