23.12.2024, 03:48
AZ EN
27.09.2024, 09:50 261

Sərhədlərin delimitasiyasına dair razılaşma hüquqi qüvvəyə mindi

XƏBƏRLƏR
  • Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla dövlət sərhədinin delimitasiyası ilə bağlı imzalanmış müddəaların əsas qanuna uyğun olmasına dair qərar qəbul edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, qərar Konstitusiya Məhkəməsinin rəsmi saytında çıxdığı gündən qüvvəyə minir.

Xatırladaq ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası 2024-cü il aprelin 19-da əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.  Bundan bir qədər əvvəl, martın 7-də Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının iclasında tərəflər arasında bəzi mübahisələ məsələr razılaşdırılıb. Həmin iclasdan sonra Qazax rayonunun 4 kəndi ilə yanaşı Ermənistan tərəfindən işğal olunmuş eksklav ərazilərin də azad edilməsini gündəmə gətirmişdi. Bunlar Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki kəndləridir. Ermənistanın Baş naziri Nikol Paşinyan isə ölkəsinin 29,743 kv.km ərazisinə Kərki və Tavuşdakı anklavların daxil olmadığını dəfələrlə bəyan etsə də, komissiyaların birgə müzakirələrindən sonra iddialarından qismən geri çəkilib. Avqustun 30-da Azərbaycan və Ermənistan sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı imzalayıblar.

Elxan SALAHOV

Oxşar xəbərlər