19.10.2024, 13:35
AZ EN
23.09.2024, 14:36 216

“La Gazette du Caucase” Fransanın yeni Nazirlər Kabinetini tənqid edib: Bu, son 15 ilin ən anti-Azərbaycan hökumətidir!

XƏBƏRLƏR
  • Fransada Baş nazir Mişel Barniyerin rəhbərliyi altında yeni Nazirlər Kabineti elan edilib. Fransanın yeni Nazirlər Kabineti son 15 ilin ən anti-Azərbaycan hökumətidir.

Bu barədə Fransanın onlayn-nəşri “La Gazette du Caucase” öz məqaləsində vurğulayıb.

“İcra Hakimiyyətinin koalisiya razılaşması əsasında qurulduğu Qərb demokratiyalarından fərqli olaraq, Fransada hökumət daha çox siyasi və ya şəxsi üstünlüklərə əsaslanaraq qurulur. Qafqaza gəldikdə, narahatlıq üçün kifayət qədər səbəb var. Əgər əvvəlki hökumətin anti-Azərbaycan mövqeyini dəyişdirəcəyi gözlənilirdisə, indi isə biz bundan çox uzağıq", - müəlliflər yazırlar.

Belə ki, yeni hökumətin tərkibinə erməni əsilli 2 nazir daxil olub.

"Əgər onlar əvvəllər müxtəlif növ anti - Azərbaycan kampaniyaları aparmasaydılar və Qarabağ separatçılarını qeyri-şərtsiz dəstəkləməsəydilər, bu, özlüyündə sual doğurmazdı", - məqalədə vurğulanır.

Əmək və məşğulluq naziri təyin olunmuş Astrid Panosyan-Buve Azərbaycanın "təcavüzünə" son qoyulmasını tələb edən qətnaməni fəal şəkildə dəstəkləyib, həmçinin Fransanın siyasi nümayəndələrinin Ermənistana etdiyi səfərə rəhbərlik etmişdir. Dövlət xidmətinin yeni naziri Qiyom Kasbaryan da anti-Azərbaycan qətnaməsi imzalayıb.

Daxili işlər naziri təyin olunan Bruno Retaylo da diqqət çəkir. O, ultra-muhafizəkar baxışları ilə tanınır və müsəlmanlar ilə ermənilər arasında mədəniyyət müharibəsi ideyasını dəstəkləyir. O, beynəlxalq icmanı Ermənistana kifayət qədər dəstək vermədiyinə görə tənqid edib.

"Müdafiə naziri Sebastyan Lekornyu və ədliyyə naziri Didye Miqo kimi digər hökumət üzvləri də erməni maraqlarına fəal dəstək olublar. Yeni nazirlərdən əksəriyyəti, o cümlədən Antuana Armana və Ann Jenete 2022-ci ildə Azərbaycana qarşı qətnamə imzalayıb. İstisna olaraq Mədəniyyət naziri vəzifəsinə yenidən təyin olunan Raşida Dati qalır. o, Azərbaycanın mədəni irsi haqqında danışarkən senzura riski ilə üzləşməmək üçün cəsarətli olmalıdır", - məqalədə deyilir. (Trend)

Oxşar xəbərlər