"Vətən səsi" xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants bildirib. O, Fransa prezidentinin səfər xəbərinin yalan çıxmasına görə Ermənistan hökumətində söz sahibi olan məmurları günahlandırıb və bildirib ki, hökumət üzvləri bilərəkdən xalqı aldadıb: “Bir neçə gün əvvəl saxta qərbpərəstlərdən biri Avropaya inteqrasiya arqumenti kimi pafoslu çıxışla Makronun sentyabrın 21-də səfərindən danışırdı. Amma 21 sentyabr geridə qaldı, Makron gəlmədi. Əminəm ki, sabah həmin saxta qərbpərəst efirə çıxıb eyni pafosla deyəcək ki, Makron KTMT üzvü Ermənistana gəlmək istəməyib".
Xatırladaq ki, Makronun İrəvana gələcəyi hələ 2021-ci ildən gündəmdə idi. Həmin il iyunun 1-də Ermənistan Baş naziri Nikol Paşinyan Parisə səfəri zamanı prezidenti ölkəsinə səfərə dəvət etmişdi. Görüşdə Paşinyan həmin ilin payızında Makronu İrəvanda gözlədiyini desə də, səfər baş tutmamışdı.Bu dəfə də Makronun Ermənistana səfəri ilə bağlı xəbərin doğru olmadığını bir neçə gün əvvəl Fransa mətbuatı yaymışdı. Bildirilirdi ki, Paşinyan oktyabrın əvvəlində Makaronun dəvəti ilə Parisdə keçiriləcək Frankofoniya Sammitinə qatılacaq və buna görə Fransa prezidentinin Ermənistana səfər etməsinə lüzum qalmır.
Elxan SALAHOV