20.09.2024, 13:52
AZ EN
20.09.2024, 10:42 174

Almaniyalı deputat: "Ermənilərin Qarabağa qayıtmaq şansı yoxdur"

XƏBƏRLƏR
  • "Mən ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan görmürəm. Ona görə də təminat verə bilmədiyimiz şeyi insanlara vəd etməyimiz doğru olmazdı, biz bunu edə bilmərik".

"Vətən səsi" xəbər verir ki, bunu Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot sentyabrın 19-da İrəvanda jurnalistlərlə görüşündə bildirib. O, Almaniyanı Ermənistanın Qərbdəki ən yaxşı dostlarından biri olduğunu söyləsə də ermənilərin Qarabağa qayıtmaq şansının qalmadığını gizlətməyib.

Bununla belə, Mixael Rot deyib ki, rəsmi Berlin Azərbaycanla münasibətlərin nizamlanmasında İrəvana dəstək verməyə hazırdır: "Biz Ermənistanın dostları kimi regionda davamlı sülhün əldə olunmasına töhfə verməyə çalışacağıq”.

Almaniyalı deputat Azərbaycanı Cənubi Qafqaz regionunda əsas söz sahiblərindən biri kimi xarakterizə edib. Mixael Rot rəsmi Bakının  təkcə Ermənistanla münasibətdə deyil, bütövlükdə regionda sülh və sabitlik üçün çeviklik nümayiş etdirə biləcəyin bildirib.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR