Bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Kəlbəcər rayonuna səfəri zamanı deyib.
Səfir qeyd edib ki, Azərbaycanın Kəlbəcər rayonu təbii gözəlliyi ilə heyran edir. Burada aparılan tikinti-bərpa işlərinin səviyyəsi də təqdirəlayiqdir.
“SES-də Rumıniya istehsalı olan turbinlərin istifadə edilməsi məni təsirləndirdi. Deyə bilərik ki, Qarabağ regionunun bərpası proseslərində ölkəmiz də iştirak edir. Bu, ölkələrimiz arasında ticarət dövriyyəsinə müsbət təsir göstərəcək və iqtisadi əməkdaşlığı gücləndirəcək”, - diplomat bildirib. (Report)