19.10.2024, 07:45
AZ EN
09.09.2024, 13:32 271

Ermənilərin sərsəm "planı": separatçı liderləri həbsdən qaçırmaq istəyirlər

XƏBƏRLƏR
  • "Azərbaycan hökuməti Bakıda həbsxanada saxlanılan silahdaşlarımızı azad etməyəcək, onları biz özümüz qaçırıb gətirməklə məhbəsdən xilas edə bilərik".

"Vətən səsi" xəbər verir ki, bu sərsəm bəyanatla ötən ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirlərindən sonra Xankəndidən Ermənistana qaçan separatçıların İrəvandakı nümayəndəsi Artak Beqlaryan çıxış edib.  Azərbaycanın "dəmir yumruğundan" hələ də özünə gəlməyən separatçı ünsür Bakıda keçiriləcək COP-29 tədbiri ərəfəsində Bakıda həbsdə olan separatçıların qaçırılması ssenarisi üzərində "işləməyi" təklif edib. Özü də söhbət onların azad edilməsindən yox, məhz qaçırılmaqdan gedir. Bununla guya, rəsmi Bakıya beynəlxalq təzyiqi gücləndirmək və separatçıların sərbəst buraxmasına nail olmaq istəyirlər: "Buna görə lazım olan hər şey edilməli, hətta qaçırılma planı da hazırlanmalıdır. Buna nail olsaq, Azərbaycan beynəlxalq təzyiqdən praktiki olaraq yayına bilməyəcək. Biz Bakıda həbsdə saxlanılan 8 nəfərlik “rəhbərliyin” , eləcə də digərlərinin sərbəst buraxılması üçün hər şey etməliyik".

Artak Beqlaryan onu da əlavə edib ki, yaxın vaxtlarda Bakıda məhkəmə önünə çıxarılacaq separatçı liderlərin azad edilməsi üçün iki variant var. Bunlardan birincisi, beynəlxalq təzyiqdir, ikincisi isə Ermənistan və Azərbaycan arasında danışıqların aparılmasıdır: "COP-29-a qədər Ermənistanın həm beynəlxalq təzyiqi gücləndirmək, həm də beynəlxalq ictimaiyyətin diqqətini insan haqlarının pozulmasına yönəltmək imkanları var. Diaspordakı soydaşlarımız beynəlxalq təzyiqi artırmalı, həmçinin, hökumətlərə təsir etmək üçün informasiya kampaniyası aparmalı, müxtəlif təşkilatların diqqətini bu mövzuya yönəltməlidir”.

Elxan SALAHOV

Oxşar xəbərlər