22.11.2024, 15:47
AZ EN
19.08.2022, 11:45 393

Politoloq: Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi Azərbaycana bir sıra geostrateji üstünlüklər qazandırır

XƏBƏRLƏR
  • Laçında qeyri-qanuni məskunlaşmış ermənilərin çıxarılması prosesi həyata keçirilir. Lakin xüsusi vurğulamaq lazımdır ki, ermənilər bu prosesdə də öz barbarlıqlarını və vandallıqlarını nümayiş etdirirlər. Belə ki, onlar torpaqlarımızı tərk edərkən ərazilərə od vurur və nəinki evləri, eləcə də meşələri yandırırlar. Bütün bunlar erməni xislətinin bariz nümunələridir. Eyni zamanda, qeyd olunmalıdır ki, Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin qeyri-qanuni məskunlaşdırılması siyasəti uzun illər davam etdirilib. Hazırda Ermənistanın hərbi-siyasi rəhbərliyi bu müharibə cinayətlərinə görə cavab verməlidir.

Bunu politoloq İlyas Hüseynov söyləyib.

Politoloq bildirib ki, Cenevrə Konvensiyasının və onun əlavə protokollarının kobud şəkildə pozulması göz qabağındadır. Eyni zamanda, Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi Azərbaycana bir sıra geostrateji üstünlüklər qazandırır. Bu yol üzərində nəzarətin daha da gücləndirilməsi prosesi həyata keçiriləcək. Prezident İlham Əliyev bununla bir daha nümayiş etdirdi ki, təhlükəsizliyin təmin olunması, regionun hərbsizləşdirilməsi və üçtərəfli Birgə Bəyanatın implementasiyası Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

“Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti “nəyi, necə, nə vaxt etmək lazımdır” tezisi ilə ideoloji konsepsiya formalaşdırıb. Həm torpaqların işğaldan azad olunması, həm də postmüharibə reallıqları kontekstində milli maraqlarımız çərçivəsində bütün proseslərin həll edilməsinin şahidi oluruq. Bu da ölkəmizə bir sıra üstünlüklər qazandırır. Azərbaycan tərəfi nəinki üçtərəfli Birgə Bəyanatda qeyd olunmuş maddələrin icra edilməsində yaxından iştirak edir və müxtəlif təşəbbüslər irəli sürür, eyni zamanda, digər məsələlərin də siyasi gündəliyə salınmasına böyük səylə çalışır. Bu xüsusda, həm sərhədlərin delimitasiyası və demarkasiyası, həm Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın soydaşımızın aqibətinin müəyyən olunması, eləcə də Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı proseslərə məhz dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslər sayəsində başlanılıb. Həmçinin iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpa edilməsi, kommunikasiya xətlərinin açılması Azərbaycana nəqliyyat-logistika baxımından da bir sıra üstünlüklər qazandıracaq ki, ölkəmiz bununla da regionun inkişaf xəritəsində mühüm rol oynayacaq”, - deyə İ.Hüseynov qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər