19.10.2024, 20:22
AZ EN
06.09.2024, 17:22 216

Erməni deputatdan Rusiya səfirinə acıqlı cavab

XƏBƏRLƏR
  • "Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin dərin çaşqınlıq içindədir, xəyal görür. Səfir Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası haqqında çox yanlış məlumat və təsəvvürə malikdir".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin komitə sədri Arman Yeqoyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin Qərb ölkələrinin son açıqlamalarına münasibət bildirərkən deyib. O, Sergey Kopırkinin Qərbdəki "kollektiv güc"ün Ermənistanda Rusiya əleyhinə kapmaniya aparması və kəşfiyyat xarakterli məlumatlar toplaması barədə dediklərini cəfəngiyat adlandırıb: "Ümumiyyətlə, heç bir dövlətdəki bütün xarici varlıqlar kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olmur”.

Yeqoyan Rusiya səfirini bundan əvvəl də Qərblə Ermənistan arasında münasibətlərə xələl gətirən bəyanatlar səsləndirməkdə günahlandırıb.

Xatırladaq ki, Sergey Kopırkin Avropa Birliyinin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının Azərbaycan, İran və ölkəsinə qarşı kəşfiyyat məlumatları toplamaqda ittiham edib. O, həmçinin Ermənistanın Qərb ölkələri və Avropanın təhriki ilə Rusiyanın maraqlarına zidd addımlar atdığına,  Azərbaycanla sülh danışıqlarını bilərdəkdən ləngitdiyinə, üçtərəfli razılaşamaları yerinə yetirməkdən boyun qaçırdığına işarə edib.

Rusiyalı səfri Zəngəzur dəhlizindən danışarkən deyib ki, rəsmi Moskva hər hansı konkret marşrutun yaradılmasını deyil, əksinə, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasını dəstəkləyir: "2021-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qərarı ilə üç ölkənin baş nazirinin müavinlərinin birgə sədrliyi ilə yaradılan Üçtərəfli İşçi Qrupu da məhz bununla məşğul olub. İşçi Qrupun 2023-cü ilin iyununda keçirilən 12-ci iclasında Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkili ilə bağlı ümumi anlaşma razılaşdırılıb. Təəssüf ki, “kollektiv Qərb”in təzyiqi ilə İrəvan bu istiqamətdə də üçtərəfli əməkdaşlığı dondurub".

Elxan SALAHOV

Oxşar xəbərlər