23.11.2024, 01:03
AZ EN
05.09.2024, 14:23 263

F.Konti: “Qarabağı vətənim kimi görürəm, ora çox gözəl yerdir”

XƏBƏRLƏR
  • 44 günlük müharibədən sonra işğaldan azad olunan Qarabağa səfər edən və burada öz geniş fəaliyyəti ilə məşğul olan Fabrisio Konti “Real TV”-yə Azərbaycanla İtaliya arasında inkişaf edən münasibətlərdən və Qarabağımızda görülən işlərdən  söhbət açıb.

O, qeyd edib ki, mən İkinci Qarabağ müharibəsindən sonra Mədəniyyət Nazirliyi tərəfindən Qarabağa dəvət olunmuşam: “Səfərim olduqca yaxşı keçdi və Qarabağ olduqca gözəl yerdir. Müharibədən qısa müddət sonra ora səfər etdiyimdən təbii olaraq ilk dağıntılar diqqətimi çəkdi. Hər şey, hər yer dağıdılıb. Tarixi abidələr, binalar, dini-mədəni obyektlər hamısı məhv edilib. Belə bir şey mən daha əvvəl görməmişdim. Bu səfərdən sonra biz Mədəniyyət Nazirliyinə təklif etdik ki, abadlaşdırma işləri aparılarkən bu dağıntıların bir hissəsi tarixi yaddaş kimi əbədiləşdirilsin. Gələcək nəsillər bu ərazilərin necə əziyyətə məruz qaldığını əyani olaraq görə bilsinlər və heç zaman öz tarixlərini unutmasınlar. Belə bir praktika digər ölkələrdə də mövcuddur. Xorasimada, İtaliya və Fransanın bəzi şəhərlərində bu cür mənzələrlə qarşılaşmaq olur. Bu səbəbdən biz Mədəniyyət Nazirliyinə bu dağıntıların nümayiş etdirilməsi üçün Qarabağın bütün şəhərlərində xatirə parklarının yaradılmasını təklif etdik. Həmçinin bu parklarda Zəfər və İşğal Muzeylərinin inşa edilməsini də təklif etdik. Biz bu prosesə 4 il əvvəl başladıq. Ağdam İmarətdə iki proyektimiz yekunlaşmaq üzrədir. Prosesdən böyük zövq aldığımı deyə bilərəm. Qarabağı vətənim kimi görürəm”.

Azərbaycanla İtaliya arasındakı strateji əməkdaşlıqdan məhs edən F.Konti vurğulayıb ki, bu, hər iki ölkə üçün əla fürsərdir: “Azərbaycan dünyada inkişaf tempi ən yüksək olan ölkələrdən biridir. Bu ölkənin son illərdə əldə etdikləri iş həqiqətən də təqdirəlayiqdir. Heç kimə sirr deyil ki, keçmiş SSRİ daxilində Azərbaycanın inkişaf etməsi, xarici əlaqələr qurması mümkün deyildi. Lakin öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan müsirliyə olduqca tez uyğunlaşa bildi. Bütün bu uğurların qazanılmasında Prezident İlham Əliyevin rolu danılmazdır. Olduqca mühüm bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Azərbaycan müharibədən qalib ayrıldı. Amma asan yolu seçərək bununla kifayətlənmədi. Görürük ki, Prezident İlham Əliyevin başçılığı altında azad olunan ərzilərə böyük qayğı göstərilir. Orda abadlıq işlərinin aparılması, on illiklər boyu məhv edilməyə çalışılan Qarabağın irsi mədəni zəminliklərini yenidən gün işığına çıxarmaq üçün olduqca ciddi səy göstərilir. Elə mənim burda olmağımın səbəbi də budur. Azərbaycan beynəlxalq şirkət və təşkilatlarla əlaqə yaradaraq Qarabağı öz tarixinə, mədəniyyətinə qovuşdurmaq istəyir. Təbii ki, gələcək planlarımız da böyükdür.  Qarabağın irsini digər şəhərlərə tədricən köçürmək lazım gələcək. Bu, digər şəhərlərin inkişafına töhfə verəcək. Turizmin inkişafına gətirib çıxaracaq.  Düşünürəm ki, Azərbayanın qarşıdakı illərdə əsas hədəflərindən biri də məhz budur.  Bu ölkə sadəcə Bakıda keçirilən tədbirlərlə, forum və yarışlarla tanınmamalıdır. Bu aysberqin sadəcə görünən hissəsidir. Bu istiqamətdə də addımlar atılmaqdadır”- deyə F.Konti vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər