24.12.2024, 03:43
AZ EN
03.09.2024, 16:33 261

Ayxan Hacızadə: Azərbaycanda növbədənkənar parlament seçkilər ölkənin Konstitusiyasına uyğun keçirilib

XƏBƏRLƏR
  • Azərbaycanda növbədənkənar parlament seçkilər ölkənin Konstitusiyasına və onun milli qanunlarına tam uyğun keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Avropa ittifaqının seçkilərlə bağlı yaydığı məlumata cavab olaraq "X"də yazıb.

"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano rəsmi "X" hesabında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini tənqid edib. (Report)

Oxşar xəbərlər