25.12.2024, 21:44
AZ EN
01.09.2024, 15:18 246

Yerli müşahidəçilər Şuşa, Xankəndi və Xocalıda seçki prosesini izləyiblər

XƏBƏRLƏR
  • “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının müşahidəçiləri Şuşa, Xankəndi və Xocalıda parlament seçkilərinin gedişini izləyiblər.

Xocalı şəhərində 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 73 saylı məntəqəsində seçki prosesini izləyən “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının müşahidəçisi Nadir İsmayılov deyib: “Biz bu gün tarixi bir gün yaşayırıq. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, bütöv Azərbaycanda parlament seçkiləri keçirilir. Xoşbəxtik ki, bu seçkiləri azad Qarabağımızda – Şuşada, Xankəndidə, Xocalıda müşahidə edirik. Seçicilərin əhvali-ruhiyyəsi çox yüksəkdir. Seçki məntəqələrində səsvermə üçün lazım olan şərait var. İstər müşahidəçilərin fəaliyyəti, istərsə də seçicilərin rahat şəkildə səs verməsi üçün hər cür şərait yaradılıb. Əminəm ki, bu seçkilər Azərbaycanın demokratiya tarixində növbəti bir uğuru olacaq. Bizə bu xoşbəxtliyi yaşatdıqları üçün başda Ali Baş Komandan olmaqla, Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm”.

124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 46 saylı seçki məntəqəsində seçki prosesini izləyən digər müşahidəçi Fuad Salahov isə deyib: “Bu gün çox qürurluyam. Doğma şəhərim Şuşada parlament seçkiləri keçirilir və bu seçkidə müşahidəçi kimi iştirak etməkdən məmnunam. Seçkilər yüksək səviyyədə təşkil olunub. Səsvermə başlayandan məntəqədəyəm. Seçki prosesi şəffaf, demokratik keçir. Seçicilər məntəqəyə gələrək konstitusion hüquqlarından istifadə edir, istədikləri namizədə səs verirlər”. (AZƏRTAC)

Oxşar xəbərlər