Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O, jurnalistlərin Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyi haqqında sualına cavabında bildirib:
"Biz seçicilərin milliyyətinə fərq qoymuruq. Əgər həmin şəxslər Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini daşıyırlarsa və seçici siyahısında adları varsa, səs verə bilərlər". (Report)