20.11.2025, 00:43
AZ EN
28.08.2024, 17:51 373

Ermənistan iqtisadiyyatı Rusiyaya möhtacdır

XƏBƏRLƏR
  • "Ermənistan iqtisadiyyatı fəlakət qarşısındadır. Hakimiyyət Qərblə əməkdaşlığı genişləndirərək Avropanın maraqlarına uyğun siyasət yürüdür. Amma 7 ildə yürüdülən həmin siyasət Ermənistana heç bir fayda verməyib".

"Vətən səsi" xəbər verir ki, bunu bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. O, bildirib ki, Rusiyadan uzaqlaşmaq xətti götürən hazırkı hökumətin yanlış addımları Ermənistanın dövlət kimi dayanıqlığını sarsıdıb və hazırda erməni xalqı bunun ən acı nəticələrini öz həyatında hiss edir: "Baş nazir Nikol Paşinyanın dövründə Ermənistanın Rusiyadan asılılığı iki dəfə artıb. Ermənistan-Rusiya münasibətləri yaxşı perspektivə malik deyil. Amma siyasi fikir ayrılıqlarına, KTMT-nin boykot edilməsinə, etirazlara və bəzi yerlərdən Rusiya qüvvələrinin çıxarılmasına baxmayaraq, Paşinyanın dövründə Rusiyanın bizim xarici ticarətdə payı iki dəfə artıb. 2017-ci illə müqayisədə indi Rusiyadan 2 dəfədən də çox asılıyıq. Yəni sən ya asılısan, ya da sadəcə özünü göstərirsən”.

Keçmiş Baş nazir bildirib ki, Rusiyadan iqtisadi asılığın sürətlə artması ermənilərin güzəranın daha da pisləşməsinə gətirib çıxarıb: "Bunə təkcə xalq yox, hakimiyyətin özü də başa düşür. Amma heç kəsin vecinə deyil".

Elxan SALAHOV

Oxşar xəbərlər