Bunu Ağdam şəhərində yerləşən 48 saylı seçki məntəqəsinin sədri Arzu Rəhimova deyib.
Onun sözlərinə görə, bu məntəqə üzrə 459 seçici var: "Sentyabrın 1-də seçicilərimiz aktivlik göstərərək gəlib səsvermə hüququndan istifadə edəcək. Seçicilərimiz içində ən yaşlısının 63 yaşı var".
A.Rəhimova bildirib ki, artıq ikinci dəfədir azad olunmuş Ağdamda seçki keçirilir: "Azad Ağdamda bu gözəl hissi ilk dəfə növbədənkənar prezident seçkilərində yaşamışıq. Gözəl hissdir ki, 30 il işğalda qalan rayonda seçki olur. Ali Baş Komandana, hərbçilərimizə, şəhid və qazilərimizə təşəkkür edirik, bu gözəl hissi bizə yaşatdılar". (Report)