22.11.2024, 21:20
AZ EN
15.08.2022, 12:29 383

Türkiyənin xüsusi nümayəndəsi İrəvandakı partlayışla bağlı başsağlığı verib

XƏBƏRLƏR
  • Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda baş verən partlayışla bağlı başsağlığı verib.

Diplomat bununla bağlı öz “Twitter“ səhifəsində paylaşım edib.

“Ölənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram və faciə nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm”, - o yazıb.

Xatırladaq ki, “Surmalu” ticarət mərkəzindəki partlayış zamanı azı 6 nəfər ölüb, 16 nəfər itkin düşüb və 61 nəfər yaralanıb. (APA)

Oxşar xəbərlər