19.10.2024, 19:29
AZ EN
16.08.2024, 19:59 165

COP29 Təşkilat Komitəsinin sədri: “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb

XƏBƏRLƏR
  • Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb.

Bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar avqustun 16-da baş tutan Təşkilat Komitəsinin altıncı iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib.

S.Nuriyev noyabrın 12-13-də keçiriləcək Liderlər Sammitinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərinə dəvətlərlə əlaqədar tam inklüzivliyin təmin edildiyini də diqqətə çatdırıb. (Report)

Oxşar xəbərlər