22.11.2024, 08:25
AZ EN
16.08.2024, 16:22 212

Ermənistan Azərbaycana yalvaracaq

XƏBƏRLƏR
  • İrəvandakı "Alternativ seçki layihəsi qrupu"nun üzvü Vahe Hovhannisyan bütün çıxışlarında baş nazir Nikol Paşinyanın əleyhinə təbliğat aparan və mövcud durumdan çıxış üçün reallıqla uyğunlaşmayan fikirlər səsləndirən şəxs kimi tanınsa da son vaxtlar Ermənistanın daha da çətin vəziyyətə düşdüyünü və onu yalnız Azərbaycanın mövqeyi xilas edəcəyini etiraf etməli olub.

Amma bu heç də o demək deyil ki, o, Azərbaycana müsbət münasibət göstərir, yaxud dinc yanaşı yaşayış tərəfdarıdır. Onun bu gün "Hraparak"da yayılmış məqaləsində qeyd olunub ki, Ermənistan bir vaxtlar Rusiyaya bel bağlayırdı. İndi isə Qərbin, ABŞ-ın və qonşu İranın dəstəyinə arxalanaraq Azərbaycanın tələblərini yerinə yetirməmək, sülh müqaviləsinin imzalanmasını qeyri-müəyyən vaxta saxlamaq yolunu tutub. Amma Yaxın Şərqdəki olaylar İranın Ermənistana münasibətində dəyişikliklər edilməsini tələb edir. ABŞ-ın bölgəyə gəlişinin isə nə İranın, nə də Rusiyanın marağına uyğun olmadığını bildirən politoloq əlavə edib ki, nəticədə onların hamısı Ermənistandan üz döndərəcək. Azərbaycan isə öz dostlarının dəstəyi ilə Ermənistanla bağlı maraqlarını həyata keçirmək imkanı əldə edəcək və İrəvan çox şey itirməmək üçün rəsmi Bakıya yalvarmaq məcburiyyətində qalacaqdır.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR